Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Lənkəranda evə ildırım düşdü, yanğın oldu - Fotolar
 
						Lənkəranda evə ildırım düşdü, yanğın oldu 
							 - Fotolar
Əlavə olunub: 04.24.2025 | 15:14 | Baxılıb: 3841
Lənkəranda yaşayış evinə ildırım düşməsi yanğına səbəb olub.

“past.az” xəbər verir ki, hadisə Lənkəran rayonunun Viyən kəndində baş verib.

Belə ki, kənd sakini Şahan Hüseynova məxsus ikimərtəbəli evə ildırım düşüb. İldırımdan evdə yaranan yanğın sakinlər tərəfindən söndürülüb. Onların sözlərinə görə, əvvəl həyətdə dirəkdən başlayan yanğın sonra naqillə evə keçib.

Qeyd edək ki, hadisə baş verən zaman evdə kimsə olmayıb.

Surxay Şahbazov




Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.