Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Lerikdə telekommunikasiya xidmətlərində yaranan çətinliklərlə bağlı - Açıqlama+Yenilənib
 
						Lerikdə telekommunikasiya xidmətlərində yaranan çətinliklərlə bağlı 
							 - Açıqlama+Yenilənib
Əlavə olunub: 04.20.2025 | 19:54 | Baxılıb: 3062
“20.04.2025-ci il tarixində Lerik rayonunun inzibati ərazisinin bəzi hissələrində “Azercell Telekom” MMC-dən asılı olmayan səbəblərdən telekommunikasiya xidmətlərindən istifadə zamanı müvəqqəti çətinliklərlə qarşılaşılması mümkündür.

Bu barədə “past.az”ya “Azercell Telekom”dan məlumat verilib.

Bildirilib ki, hazırda yaranmış halın aradan qaldırılması üçün müvafiq ərazidə telekommunikasiya şəbəkəsinin fəaliyyətini təmin edən fiber-optik kabellərin zədələnmiş hissələrinin bərpası istiqamətində təcili tədbirlər görülür:

“Yaranmış narahatlığa görə təəssüf edir və bildiririk ki, tez bir zamanda xidmətlərdən tam normal əsaslarla istifadə edilməsi imkanı təmin ediləcəkdir”.

***

“Azercell Telekom” MMC tərəfindən görülən təcili tədbirlər nəticəsində yaranan çətinlik aradan qaldırılaraq telekommunikasiya xidmətlərindən tam normal əsaslarla istifadə imkanı təmin edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.