Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Mahir Emreli “Nürnberq”dən 2 dəfə çox maaş istəyib
 
						Mahir Emreli “Nürnberq”dən 2 dəfə çox maaş istəyib
Əlavə olunub: 05.07.2025 | 12:25 | Baxılıb: 3076
Almaniya mətbuatı Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin mövsümün sonunda “Nürnberq”dən ayrılacağı ilə bağlı yazı dərc edib.

“past.az” xəbər verir ki, “Bild” nəşri forvardın 2-ci Bundesliqa təmsilçisindən hazırkı maaşının ikiqatını istədiyini yazıb. 

Bildirilib ki, Mahir klub rəhbərliyi ilə görüşüb və onlara öz şərtlərini bildirib. Şərtlərdə əsas məqam maddi məsələlər olub və tərəflər bunda razılıq əldə etməyib. 

Qeyd edək ki, Mahir Emreli mövsümün əvvəlində “Dinamo”dan(Zaqreb) “Nürnberq”ə keçib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.