Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Mahir Emrelinin son durumu açıqlandı
 
						Mahir Emrelinin son durumu açıqlandı
Əlavə olunub: 05.02.2025 | 19:27 | Baxılıb: 2997
Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin son durumu müəyyənləşib.

“past.az” xəbər verir ki, 27 yaşlı futbolçu 2-ci Bundesliqanın “Fortuna Düsseldorf”a qarşı 31-ci tur matçında (3:3) əlindən zədə almış və son məşqlərə xüsusi şinlə çıxmışdı.

“Nürnberq”in rəsmi saytı Emrelinin son vəziyyətini açıqlayıb. Qeyd edilib ki, o, mayın 4-də “Elbersberq”a qarşı 32-ci turun ev oyununda meydana çıxa biləcək və bu zədə hücumçu üçün problem yaratmır.

Qeyd edək ki, Emreli son turlar uğurlu oyunu ilə diqqət çəkir. Azərbaycanlı futbolçu son 3 bundesliqa matçında 4 qol vurub. Ümumən isə Mahir 21 matçda 7 dəfə rəqib qapısına yol tapıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.