Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Mahir “Nürnberq”də kollektiv məşqə qatılmadı
 
						Mahir “Nürnberq”də kollektiv məşqə qatılmadı
Əlavə olunub: 05.14.2025 | 15:47 | Baxılıb: 1307
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın “Nürnberq” klubunda ötən gün kollektiv məşqə qatılmayıb.

“past.az” xəbər verir ki, bu barədə 2-ci Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

27 yaşlı hücumçu Ondrey Karafiat və Stefanos Tzimasla birlikdə fərdi şəkildə məşq edir. Mahirin zədəli olduğu bildirilib. 

Mahirin mövsümün sonunda “Nürnberq”dən ayrılacağı dəqiqləşib. Komanda çempionatın sonuncu turunda “Ayntraxt” (Braunşveyq) klubu ilə üz-üzə gələcək. Mayın 18-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.