“past.az” xəbər verir ki, 27 yaşlı futbolçu barədə klubun rəsmi saytına açıqlamasında söyləyib:
“Kayzerslautern” böyük kollektivdir. Almaniya karyerama başlamazdan əvvəl bu komandanı tanıyırdım.
Ötən mövsüm “Nürnberq”in heyətində çıxış edərkən “Kayzerslautern” stadionunun atmosferi və azarkeşləri ağlımda qalmışdı.
Mənə güvənən hər kəsə təşəkkür edirəm. Mənə göstərilən etimadı doğrultmaq üçün səbirsizlənirəm. Hədəflərimizə çatmaq üçün əlimdən gələni edəcəyəm”.
Emreli bu gün “Kayzerslautern” klubu ilə 3 illik müqavilə bağlayıb.