Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Mahirə fədakarlığına görə təşəkkür edirəm” - “Nürnberq”in idman direktoru
 
						“Mahirə fədakarlığına görə təşəkkür edirəm” 
							 - “Nürnberq”in idman direktoru
Əlavə olunub: 05.06.2025 | 17:34 | Baxılıb: 2170
Almaniyanın “Nürnberq” klubunun idman direktoru Joti Xatsialeksiu cari mövsümün sonunda Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə vidalaşmalarına münasibət bildirib.

“past.az” xəbər verir ki, 2-ci Bundesliqa təmsilçisinin rəsmisi bu barədə klubun saytına açıqlama verib.

O, 27 yaşlı hücumçuya gələcək karyerasında uğurlar arzulayıb:

“Müqavilə müddəti mövsümün sonunda bitəcək oyunçularla bağlı tez qərar vermək bizim üçün vacibdir. Mahirlə yaydan sonra münasibətlərimizi davam etdirməməyə razılaşdıq. Ona bu mövsüm göstərdiyi səylərə, xüsusən də fədakarlığına görə təşəkkür edirəm”.

Emreli ötən ilin yayından “Nürnberq”də çıxış edir. O, cari mövsümdə Almaniya təmsilçisinin heyətində 23 oyuna 8 qol və 1 assistlə yadda qalıb. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.