“past.az” xəbər verir ki, Səudiyyə Ərəbistanın “Əl-Hilal” klubu İngiltərənin “Mançester Siti” komandasını 4:3 hesabı ilə məğlub edib.
Qarşılaşma əsas vaxtda 2-2 bərabərliklə nəticələnib və oyunda əlavə vaxt oynanılıb. İngiltərə nəhəngini turnirdən kənarlaşdıran “Əl-Hilal” növbəti mərhələyə adlayıb.
Beləliklə, Ərəbistan təmsilçisi 1/4 finalda Braziliyanın “Fluminense” klubuna rəqib olub.