Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Mançester Siti” yeni transferini açıqladı
 
						“Mançester Siti” yeni transferini açıqladı
Əlavə olunub: 06.11.2025 | 00:55 | Baxılıb: 1252
“Mançester Siti” Lion “Olimpik”inin hücumçusu Rayan Şerkini transfer edib.

“past.az” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Transferin dəyəri 36,5 milyon avrodur. Əlavə olaraq, 6 milyon avro bonus şəklində ödənilə bilər. Həmçinin Fransa klubu futbolçunun növbəti transferindən 15 faiz pay alacaq.

Fransa millisinin üzvü ötən mövsüm Liqa 1-də 30 oyun keçirib, 8 qol vurub və 11 məhsuldar ötürmə edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.