Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Maqnus Karlsenin məğlubiyyətlərə qəribə reaksiyaları gündəm oldu - Video
 
						Maqnus Karlsenin məğlubiyyətlərə qəribə reaksiyaları gündəm oldu 
							 - Video
Əlavə olunub: 06.04.2025 | 11:02 | Baxılıb: 1492
Şahmat üzrə 16-cı dünya çempionu, norveçli qrossmeyster Maqnus Karlsen “Norway Chess Stavanger” yarışının 8-ci turunda 2-ci məğlubiyyətini yaşayıb.

“past.az” xəbər verir ki, o, Çin şahmatçısı Vey Yiyə məğlub olub.

Maraqlıdır ki, 30-cu gedişdə qaralarla oynayan norveçli şahmatçı kobud şəkildə səhv edib və atının vurulmasını görməyib. Bu kobud səhvdən sonra məğlubiyyətin qaçılmaz olduğunu anlayan norveçli bərkdən qəhqəhə çəkib.

Karlsenin məğlubiyyətlərə qəribə reaksiyası maraq doğurur.

Dünya çempionu iyunun 1-də Qukeş Dommaraju ilə oyunda uduzduqdan sonra əsəbi halda yumruğunu şahmat lövhəsinə vurmuşdu. Onun həmin hərəkəti də diqqət çəkmişdi. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.