Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Masallıda ağır qəza - 1 ölü, 3 yaralı
 
						Masallıda ağır qəza 
							 - 1 ölü, 3 yaralı
Əlavə olunub: 06.28.2025 | 13:37 | Baxılıb: 1959
Masallıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“past.az” xəbər verir ki, hadisə səhər saatlarında Ələt-Astara magistralının Masallı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Masallının Ərkivan qəsəbə sakini 1990-cı il təvəllüdlü Şədulla Vəliyevin idarə etdiyi “KİA Optima” markalı minik avtomobili “KamAZ” markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişinlər - Masallı rayonunun Ərkivan qəsəbəsindən olan 1966-cı il təvəllüdlü Sevda Hüseynova, 1976-cı il təvəllüdlü Aslan Hüseynov və 1975-ci il təvəllüdlü Şəhla Vəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.

Həkimlərin səylərinə baxmayaraq, Şəhla Vəliyevanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.