Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Mask yeni siyasi partiya ideyasını yenə gündəmə gətirdi
 
						Mask yeni siyasi partiya ideyasını yenə gündəmə gətirdi
Əlavə olunub: 07.01.2025 | 06:36 | Baxılıb: 968
Amerikalı milyarder İlon Mask ABŞ Prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni siyasi partiya yaratmağa çağırıb.

“past.az” xəbər verir ki, bu barədə Mask “X” sosial şəbəkə hesabında yazıb.

“Borc həddini rekord səviyyəyə - 5 trilyon dollara qədər artıran bu qanun layihəsinə çəkilən çılğın xərclər birpartiyalı dövlətdə yaşadığımızı açıq şəkildə göstərir”, - deyə o qeyd edib.

O əlavə edib ki, insanların qayğısına qalacaq yeni siyasi partiyanın yaradılmasının vaxtıdır.

Xatırladaq ki, Mask Prezident Donald Trampla mübahisəsindən sonra ABŞ-də yeni partiyanın yaradılmasını və adının “Amerika” olmasını təklif edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.