Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Məhkum general azadlığa 6 ay tez çıxmaq istədi...
 
						Məhkum general azadlığa 6 ay tez çıxmaq istədi...
Əlavə olunub: 06.26.2025 | 22:03 | Baxılıb: 5931
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin məhkum edilmiş rəisi general-mayor Nizami Şirinov vaxtından əvvəl azadlığa çıxmaq istəyib.

“past.az"in əldə etdiyi məlumata görə, Şirinov cəzasının çoxunu çəkməsini nəzərə alaraq qalan 6 ayının şərti hesab edilməsi ilə bağlı məhkəməyə müraciət edib.

Məhkəmə müraciəti əsaslı hesab etməyib. Ərizə geri qaytarılıb. 

Qeyd edək ki, N. Şirinov 2021-ci ilin aprelində həbs edilib. O, mütəşəkkil dəstə tərkibində ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini ələ keçirməkdə, külli miqdarda rüşvəti hədə-qorxu tətbiq etməklə almaqda, həmçinin cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakın leqallaşdırılmasında təqsirli bilinib. Yekun qədarla generala 4 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Sail Ağasəlim

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.