“past.az” xəbər verir ki, məlumatda 33 yaşlı forvardın nümayəndələrinin hazırda “Qarabağ”la danışıqları davam etdirdiyi yazılıb.
“Hatayspor”dan ayrıldığı üçün hazırda azad agent statusu daşıyan Abubakarın Azərbaycanda çıxış etməyin əleyhinə olmadığı vurğulanıb. O, yenidən UEFA Çempionlar Liqasında çıxış etmək istədiyindən, bu varianta biganə deyil.
Vensan Abubakar karyerası ərzində “Portu”, “Beşiktaş”, “Əl Nəsr” kimi tanınmış klubların formasını geyinib.
Qeyd edək ki, V.Abubakarın “Qarabağ”a keçəcəyi ilə bağlı ilk xəbəri Sportinfo.az saytı yayıb.