Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Məşhur futbolçunun evi qarət edildi
 
						Məşhur futbolçunun evi qarət edildi
Əlavə olunub: 05.19.2025 | 17:23 | Baxılıb: 975
Fransanın “Lion” klubunun hücumçusu Aleksandr Lyakazettin evi qarət edilib. 

“past.az” xəbər verir ki, hadisə ölkə çempionatının 34-cü turunda baş tutan “Lion” – “Anje” (2:0) matçı zamanı yaşanıb.

Görüş başlayandan təxminən yarım saat sonra iki naməlum şəxs futbolçunun evinə daxil olub.

Oğrular seyfi sındıraraq qızıl-zinət əşyaları, bahalı dəri aksesuarları və pul oğurlayıblar. Ümumi zərərin 10 min avrodan çox olduğu bildirilir. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.