“past.az” xəbər verir ki, bu barədə jurnalist Flavio Azzaro məlumat yayıb.
Onun sözlərinə görə, forvard Argentina çempionatından “Nyuells Old Boyz” klubuna keçməyə qərar verib.
Məlumata əsasən, transfer 2025-ci ilin dekabrında baş tutacaq.
Qeyd edək ki, Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Bu mövsüm futbolçu MLS-də 13 matçda 10 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.