Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Meydana girən azarkeş Ronaldoya çətin anlar yaşatdı - Video
 
						Meydana girən azarkeş Ronaldoya çətin anlar yaşatdı 
							 - Video
Əlavə olunub: 06.05.2025 | 05:22 | Baxılıb: 2122
UEFA Millətlər Liqasının yarımfinal mərhələsi çərçivəsində keçirilən Almaniya - Portuqaliya matçından əvvəl xoşagəlməz hadisə baş verib.

“past.az” xəbər verir ki, futbolçular isinmə hərəkətləri edərkən azarkeşlərdən biri meydana daxil olub.

O, əlində telefonla Kriştianu Ronaldo ilə selfi çəkməyə çalışıb. Lakin portuqaliyalı ulduz futbolçu kənara çəkilərək bu hərəkətə etiraz edib.

Gənc azarkeş forvardı bu dəfə arxadan tutmağa çalışıb. Daha sonra mühafizəçilər azarkeşi meydançadan uzaqlaşdırıblar.

Görüntüləri təqdim edirik:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.