Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Millimiz DÇ-də növbəti matçına çıxır
 
						Millimiz DÇ-də növbəti matçına çıxır
Əlavə olunub: 05.25.2025 | 14:20 | Baxılıb: 1574
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında bu gün qrup mərhələsində 3-cü tura start veriləcək.

“past.az” xəbər verir ki, Azərbaycan millisi də növbəti matçına çıxacaq.

Elşad Quliyevin baş məşqçisi olduğu komanda Mavritaniya yığması ilə qarşılaşacaq. Bu gün həmçinin Türkiyə millisi də meydana çıxacaq. Qardaş ölkə təmsilçisi İngiltərə yığması ilə üz-üzə gələcək.

Dünya çempionatı
Qrup mərhələsi
25 may

A qrupu

14:00. Bəhreyn – Sloveniya
19:30. Azərbaycan – Mavritaniya

B qrupu

12:45. Özbəkistan – Çad
22:00. Rumıniya – Fransa

C qrupu

16:30. Macarıstan – Ukrayna
18:15. Türkiyə – İngiltərə

D qrupu

15:15. Hindistan – Portuqaliya
20:45. Slovakiya – Bolqarıstan

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan dünya çempionatı iyunun 1-də başa çatacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.