Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Millimiz son dünya çempionu ilə qarşılaşacaq
 
						Millimiz son dünya çempionu ilə qarşılaşacaq
Əlavə olunub: 05.26.2025 | 10:17 | Baxılıb: 1909
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatındakı milli komandamızın 1/8 finaldakı rəqibi müəyyənləşib.

“past.az” xəbər verir ki, yığmamız növbəti matçda son dünya çempionu Rumıniya ilə qarşılaşacaq. Son turda Fransa ilə qolsuz bərabərliyə nail olan rumınlar 4 xalla qrup mərhələsini ikinci yerdə tamamlayıblar.

Qeyd edək ki, mayın 27-də keçiriləcək Azərbaycan - Rumıniya görüşü 20:30-da start götürəcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.