Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Millimizin finaldakı rəqibi bəlli oldu
 
						Millimizin finaldakı rəqibi bəlli oldu
Əlavə olunub: 05.31.2025 | 00:14 | Baxılıb: 3741
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında növbəti finalçı müəyyənləşib.

“past.az” xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən mundialın ikinci yarımfinal qarşılaşmasında Macarıstan və Serbiya seçmələri üz-üzə gəliblər.

Matçın əsas vaxtında hesab açılmayıb.

Qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. Burada daha dəqiq oynayan (3:1) Macarıstan kollektivi həlledici mərhələdə Azərbaycanla qarşılaşmaq hüququ qazanıb.

Yarımfinalda yığmamıza məğlub olan Monteneqro isə üçüncü yer uğrunda görüşdə Serbiya ilə münasibətlərinə aydınlıq gətirəcək.

Mükafatlar uğrunda oyunlar iyunun 1-də baş tutacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.