Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Millimizin üç üzvündə koronavirus aşkarlandı
 
						Millimizin üç üzvündə koronavirus aşkarlandı
Əlavə olunub: 06.03.2025 | 03:27 | Baxılıb: 2222
Minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan millisinin 3 üzvündə koronavirus aşkarlanıb.

“past.az” “Teleqraf”a istinadən xəbər verir ki, bunlar komandanın kapitanı, yarımmüdafiəçi Elvin Əlizadə və hücumçu Samir Həmzəyev, eləcə də köməkçi-məşqçi Sərxan Məstiyevdir.

Belə ki, Dünya çempionatının final oyunundan sonra yığma üzvlərindən götürülmüş COVID-19 testinin cavabı müsbət olub. 

Onlar millinin düşərgəsini tərk ediblər, hazırda özlərini yaxşı hiss edirlər.

Xatırladaq ki, Azərbaycan millisi finalda Macarıstanı 4:2 hesabı ilə məğlub edərək dünya çempionu olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.