Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Millimizin üzvü “Sabah”da qaldı
 
						Millimizin üzvü “Sabah”da qaldı
Əlavə olunub: 06.26.2025 | 15:45 | Baxılıb: 836
Azərbaycan millisinin üzvü Anatoli Nuriyev komandasında qalıb.

“past.az” xəbər verir ki, “Sabah” yarımmüdafiəçi ilə yeni müqavilə imzalayıb. 

29 yaşlı futbolçunun mövsümün sonunda başa çatan müqaviləsi daha bir il müddətinə artırılıb.

Azərbaycan millisinin üzvü olan futbolçu 2022-ci ildən “Sabah”ın heyətində çıxış edir. O, bu müddət ərzində Masazır klubunda 105 oyun keçirib və 12 qol vurub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.