Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Mingəçevirdə evdə partlayış - Ölən var + Yenilənib
 
						Mingəçevirdə evdə partlayış 
							 - Ölən var + Yenilənib
Əlavə olunub: 03.23.2025 | 19:29 | Baxılıb: 2523
Mingəçevirdə bir nəfərin ölümü ilə nəticələnən partlayış baş verib.

“past.az"in məlumatına görə, şəhərin Heydər Əliyev prospekti 43 ünvanında yerləşən binadakı mənzildə partlayış olub.

Hadisə nəticəsində 1941-ci il təvəllüdlü Osmanova Rahilə evdə qaz sızmasından baş vermiş partlayışda yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 54 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 6 m² sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.