Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Mingəçevirdə məktəbli bıçaqlanıb - Saxlanılan var+Yenilənib
 
						Mingəçevirdə məktəbli bıçaqlanıb 
							 - Saxlanılan var+Yenilənib
Əlavə olunub: 03.09.2025 | 21:42 | Baxılıb: 2557
Mingəçevirdə məktəbli bıçaqlanıb.

“past.az” Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Energetiklər yaşayış massivində qeydə alınıb.

İlkin məlumata görə, 16 yaşlı yeniyetmə tanışı tərəfindən söyüşə görə bıçaqlanıb. Müxtəlif bədən xəsarətləri alan məktəbli Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, bıçaq yarası alan şəxs Mingəçevirdə yerləşən 4 saylı orta məktəbdə təhsil alır.

***

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti Şəki Regional Qrupundan “past.az"in sorğusuna cavab olaraq bildirilib ki, 4 saylı Mingəçevir Şəhər Orta Məktəbinin 10-cu sinif şagirdini bıçaqlamaqda şübhəli bilinən 22 yaşlı Nihat Həsənzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Daha ətraflı videomaterialda:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.