Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Müşfiqabadda ağır qəza, sürücü öldü - Foto
 
						Müşfiqabadda ağır qəza, sürücü öldü 
							 - Foto
Əlavə olunub: 03.16.2025 | 12:00 | Baxılıb: 2523
Ötən gün saat 21:14 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Müşfiqabad qəsəbəsi ərazisindən keçən 25-ci kilometrliyində Fərid İsmayılovun idarə etdiyi “Toyota Prius” markalı avomobil beton konstruksiyalı arakəsməyə çırpılıb. 

DİN-in mətbuat xidmətindən “past.az”ya verilən məlumata görə, sürücü hadisə yerində həyatını itirib. 

İlkin məlumata əsasən, qəzanın sürücünün səhhətində yaranan problemdən qaynaqlandığı ehtimal olunur.

Baş Dövlət Yol Polisi İdarəsi son vaxtlar analoji hadisələrin sayının artmasını nəzərə alaraq, bir daha səhhətində ciddi problemlər olan sürücülərdən sükan arxasına əyləşməməyi, yaşanmış acı təcrübələrdən düzgün nəticə çıxararaq özlərinin və digər  hərəkət iştirakçılarının həyatını təhlükəyə atmamağı, ağır xəstəliyi olan sürücülərin doğmalarından isə bu kimi hallara qarşı barışmaz mövqe tutmağı xahiş edir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.