Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Muslera üçün son matç
 
						Muslera üçün son matç
Əlavə olunub: 05.29.2025 | 21:12 | Baxılıb: 1759
Uruqvaylı qapıçı Fernando Muslera mövsümün sonunda Türkiyənin “Qalatasaray” klubundan ayrılacağını açıqlayıb.

“past.az” xəbər verir ki, 38 yaşlı qolkiper bu barədə mətbuat konfransında bildirib.

O, sabah İstanbul təmsilçisində sonuncu matçına çıxacağını söyləyib.

Muslera 2011-ci ildən “Qalatasaray”ın uğurları üçün çalışb. O, “sarı-qırmızılar”la 8 dəfə Super Liqanın, 5 dəfə Türkiyə Kubokunun, 6 dəfə superkubokun qalibi olub. İstanbul təmsilçisi mayın 30-da Super Liqanın 38-ci turunda “Başakşehir”i qəbul edəcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.