Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Nahidin axtarışları davam edir - Video
 
						Nahidin axtarışları davam edir 
							 - Video
Əlavə olunub: 06.29.2025 | 14:47 | Baxılıb: 2968
Bir neçə gün öncə Füzulidə kanalda batan 16 yaşlı Nahid Nağızadənin axtarışları davam edir.

“past.az” FHN-ə istinadən xəbər verir ki, Kərimbəyli kəndində 1 nəfər vətəndaşın suvarma kanalında batması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub və Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda dalğıc-xilasedicilər tərəfindən batdığı ehtimal olunan 2009-cu il təvəllüdlü Nağızadə Nihad Vüqar oğlunun axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.