Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Natiq Mehdinin qətlinə görə direktor müavininə - 19 il iş verildi
 
						Natiq Mehdinin qətlinə görə direktor müavininə 
							 - 19 il iş verildi
Əlavə olunub: 03.17.2025 | 12:02 | Baxılıb: 2140
Müsavat Partiyasının fəal üzvlərindən olan Natiq Mehdini xüsusi amansızlıqla öldürməkdə ittiham olunan məktəb direktorunun müavini Elsevər İslamovun məhkəmə araşdırması başa çatıb.

“past.az"in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, E.İslamov 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin mayında Xətai rayonu 55 saylı orta məktəbin binasında baş verib. Direktor müavini Natiq Mehdini əvvəlcə öldürüb, daha sonra bədənini hissələrə ayıraraq boş ərazidə basdırıb.

Sail Ağasəlim

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.