Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Naxçıvanda 6 nəfər dönərdən zəhərləndi - Yenilənib
 
						Naxçıvanda 6 nəfər dönərdən zəhərləndi 
							 - Yenilənib
Əlavə olunub: 03.22.2025 | 17:28 | Baxılıb: 1821
Naxçıvanda 6 nəfər dönərdən zəhərlənib.

“past.az” xəbər verir ki, bu barədə Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzindən Muxtar Respublikanın Qida Təhlükəsizliyi Agentliyinə məlumat daxil olub.

Onlardan ikisi azyaşlıdır.

Agentlik əməkdaşlarının apardığı araşdırmalar zamanı hadisənin Naxçıvan şəhəri H.Əliyev prospektində yerləşən “Hilal kafe”də baş verdiyi məlum olub.

Faktla bağlı Agentlik tərəfindən araşdırmalar aparılır.

***

Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzindən “Report”a bildirilib ki, dönərdən zəhərlənən 6 nəfər evə buraxılıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.