“past.az” “Nuhçıxan”a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb.
Qəza zamanı “Mercedes” markalı minik avtomobili ilə “NAZ Lifan” (taksi) markalı maşın toqquşub.
Nəticədə taksinin sürücüsü, Naxçıvan şəhər sakini 1988-ci il təvəllüdlü Cəfərov Sərxan Kamran oğlu hadisə yerində vəfat edib. Avtomobildə olan sərnişin, Babək rayon sakini 2004-cü il təvəllüdlü Sübhan Abbas Aftandil oğlu xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.