Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Neftçalada ana və 3 uşağı dəm qazından zəhərləndi
 
						Neftçalada ana və 3 uşağı dəm qazından zəhərləndi
Əlavə olunub: 03.10.2025 | 23:18 | Baxılıb: 1512
Neftçalada bir ailənin dörd üzvü dəm qazından zəhərlənib.

“past.az” APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xolqaraqaşlı kəndində baş verib.

Kənd sakinləri - 1994-cü il təvəllüdlü Məmmədova Rəqsanə Əbülfət qızı və 3 azyaşlı övladı vanna otağında olarkən zəhərləniblər.

Onlar dəm qazından zəhərlənmə diaqnozu ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan onların həyatları üçün təhlükə olmadığı bildirilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.