Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Neftçi” növbəti transferini açıqladı
 
						“Neftçi” növbəti transferini açıqladı
Əlavə olunub: 06.28.2025 | 18:22 | Baxılıb: 1938
“Neftçi” daha bir futbolçunun keçidini rəsmiləşdirib.

“past.az” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Murad Xaçayevlə 2 illik müqavilə imzalanıb.

Donetsk “Şaxtyor”unun yetirməsi olan 27 yaşlı müdafiəçinin sonuncu klubu “Sumqayıt” (2019-2025) olub.

O, Sumqayıt təmsilçisində “Neftçi”nin hazırkı baş məşqçisi Samir Abasovun rəhbərliyi altında da oynayıb.

Qeyd edək ki, M.Xaçayev milli komandamızın heyətində 1 oyun keçirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.