Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Neftçi”dən “Səbail”ə 3 cavabsız qol
 
						“Neftçi”dən “Səbail”ə 3 cavabsız qol
Əlavə olunub: 05.18.2025 | 19:07 | Baxılıb: 813
Azərbaycan Premyer Liqasının XXXV turunda “Neftçi” “Səbail”ə qalib gəlib.

“past.az” xəbər verir ki, “Neftçi Arena”da baş tutan görüş meydan sahibləri 3:0 hesablı qələbəyə seviniblər.

“Ağ-qaralar”ın heyətində Dembo Darboe (1), Ağadadaş Salyanski (25) və Aleks Fernandes (80) fərqləniblər.

Samir Abasovun rəhbərlik etdiyi kollektiv 43 xalla altıncı sırada qərarlaşıb. 22 xala malik “dənizçilər” sonuncu - onuncudur.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Turan Tovuz” səfərdə “Sumqayıt”ı, “Araz-Naxçıvan” “Şamaxı”nı 1:0 hesabı ilə məğlub edib. “Zirə” – “Sabah” qarşılaşmasında isə qalib müəyyənləşməyib - 1:1.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.