Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Neftçi”nin hücumçusuna ağır cəza
 
						“Neftçi”nin hücumçusuna ağır cəza
Əlavə olunub: 05.27.2025 | 13:07 | Baxılıb: 1593
AFFA İntizam Komitəsi Əvəzedicilər liqasənda çıxış edən “Neftçi-2”nin futbolçusu Ağadadaş Salyanskini dörd oyunluq cəzalandırıb.

“past.az” milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna hücumçunun XXXVI turda "Sabah-2" ilə matçda təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alması səbəb olub.

“Ağ-qaralar”a 300 manat cərimə kəsilib.

“Sabah-2”nin analitiki Cəbrayıl Qəmbərov da dörd oyunluq cəza ilə üzləşib. O, matç zamanı meydana kənar əşya atdığı üçün birbaşa qırmızı vərəqə almışdı. Klub onun hərəkəti ucbatından 350 manat ödəməli olacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.