Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Nürnberq”dən Mahir Emreliyə xüsusi hədiyyə - Foto
 
						“Nürnberq”dən Mahir Emreliyə xüsusi hədiyyə 
							 - Foto
Əlavə olunub: 05.10.2025 | 10:43 | Baxılıb: 2945
“Nürnberq” mövsümün sonunda klubdan ayrılacaq Mahir Emreliyə xüsusi hədiyyə verib.

“past.az” xəbər verir ki, 2-ci Bundesliqanın 33-cü turunun “Köln”lə matçında əvvəl azərbaycanlı hücumçuya çərçivəyə salınmış rəsmi hədiyyəsi təqdim olunub.

Bununla bağlı klubun sosial şəbəkə hesabında “Təşəkkürlər, Mahir” başlığı ilə paylaşım edilib.

Mahir oyuna start heyətində başlayıb. 28 yaşlı forvard fasilədə əvəzlənib. Qarşılaşma “Köln”ün 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Mahir Emreli mövsümün əvvəlindən “Nürnberq”də çıxış edir. Millimizin üzvü komandanın heyətində keçirdiyi 28 oyunda 8 qol vurub, 1 qol ötürməsi edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.