“past.az” bu barədə “OK Diario”ya istinadən xəbər verir.
Məlumata görə, Madrid təmsilçisi bu transfer üçün “Benfika”ya 45 milyon avro ödəyib.
Nəşr yazır ki, Portuqaliya klubu futbolçunun müəyyən nailiyyətləri olacağı təqdirdə İspaniya klubundan daha 5 milyon avro ala bilər.
“Kral klubu"in yaxın günlərdə transferi açıqlayacağı gözlənilir. Karreras “Real”ın heyətində klublararası dünya çempionatında iştirak edəcək.
Qeyd edək ki, ötən mövsüm futbolçu bütün turnirlərdə 50 matçda iştirak edib, 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” portalı futbolçunu 35 milyon avro qiymətləndirir.