Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“O dəftər bağlanıb...”
 
						“O dəftər bağlanıb...”
Əlavə olunub: 06.28.2025 | 10:18 | Baxılıb: 2432
Türkiyəli aktyor Enis Arıkan əvvəllər dost olduğu həmkarı Ezgi Molanın boşanması ilə bağlı danışıb.

“past.az” xəbər verir ki, o, jurnalistlərə açıqlamasında aktrisa ilə bu barədə danışmadığını bildirib.

“Heç danışmamışıq. Hər ikisi üçün xeyirlisi olsun. Biz daha Ezgi ilə görüşmürük. Bu məsələnin üstündən çox keçib. Hər dəfə bu barədə danışmağa ehtiyac yoxdur. O dəftər bağlanıb...”, - deyə, Arıkan söyləyib.

Qeyd edək ki, bir neçə gün öncə Ezgi Mola həyat yoldaşı Mustafa Aksakallıdan boşanmaq qərarına gəldiyini açıqlayıb.

Aktrisa iş adamı ilə dördillik münasibətdən sonra 2023-cü ildə ailə qurmuşdu. Cütlüyün ötən ilin noyabrında Can adlı körpələri dünyaya gəlib.




Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.