Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“O qol həmişə mənim üçün ən sevimli olub” - Messi + Video
 
						“O qol həmişə mənim üçün ən sevimli olub” 
							 - Messi + Video
Əlavə olunub: 05.23.2025 | 05:18 | Baxılıb: 3991
Argentinalı ulduz Lionel Messi karyerasında vurduğu ən gözəl qolu açıqlayıb.

“past.az” xəbər verir ki, o, Çempionlar Liqasında 2008/2009 mövsümünün finalında “Mançester Yunayted”lə görüşdə vurduğu qolu karyerasının ən sevimli qolu adlandırıb.

“Mən çox qollar vurmuşam. Onlar arasında dəyərli və vacibləri var. Amma Çempionlar Liqasında “Mançester Yunayted”in qapısından baş zərbəsi ilə keçirdiyim qol həmişə mənim üçün ən sevimli olub”, - forvard bildirib.

Qeyd edək ki, katalonların 2:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın 70-ci dəqiqəsində Messi başı ilə ikinci qolu Edvin Van der Sarın qoruduğu qapıdan keçirməyi bacarıb.

Xatırladaq ki, Lionel Messi 2004-2021-ci illərdə “Barselona”nın şərəfini qoruyub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.