Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Oğrular tapıldı, bu gün pulumuz geri qaytarıldı”
 
						“Oğrular tapıldı, bu gün pulumuz geri qaytarıldı”
Əlavə olunub: 04.29.2025 | 13:50 | Baxılıb: 6567
Əməkdar artist Aybəniz Haşımovanın qızı bloqer Aynişan Quliyevanın adından dələduzluq edən şəxslər tapılıb.

“past.az” xəbər verir ki, bu haqda A. Quliyeva sosial şəbəkə hesabında paylaşım edib.

“Bu gün çox sevincli bir xəbər aldıq. Mənim adımdan istifadə edərək anamdan pul istəyib oğurlamışdılar. Polis həmin qrup oğruları tapdı və bu gün pulumuz geri qaytarıldı”, - Aynişan bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Aybəniz Haşımova teleqram hesabında qızının adından istifadə edilərək ondan 1200 manat oğurlandığını açıqlamışdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.