Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Oğurluq üçün gecəyədək anbarda gözləyib... - Video
 
						Oğurluq üçün gecəyədək anbarda gözləyib... 
							 - Video
Əlavə olunub: 06.25.2025 | 17:47 | Baxılıb: 2956
İyunun 23-də paytaxtın Nəsimi rayonu ərazisindəki mağazalardan birində oğurluq hadisəsi qeydə alınıb.

“past.az” xəbər verir ki, naməlum şəxs maska ilə kamuflyaj olunaraq gündüz vaxtı mağazanın anbarına daxil olub.

O, gizlənərək gecə saatlarına qədər orada gözləyib. Mağaza bağlandıqdan sonra həmin şəxs anbardakı kassadan 34600 manat pul oğurlayıb.

Oğurluq hadisəsi mağazanın anbarındakı kameralar vasitəsilə lentə alınıb.

Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 26 yaşlı Mehman Əliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.