“past.az” xəbər verir ki, tədbir Bakıda yerləşən “Olimp Hospital”ın konfrans zalında baş tutub.
Memorandum çərçivəsində “Olimp Hospital” “Şamaxı” FK futbolçularına tibbi müşahidə, profilaktik müayinələr, zədələnmə sonrası reabilitasiya və funksional bərpa xidmətləri göstərəcək. Əməkdaşlıq həm futbolçuların sağlamlığının qorunmasına, həm də peşəkar səviyyədə performans izlənməsinə yönəlib.
“Olimp Hospital”ın direktoru Ruslan Rzayev əməkdaşlıq barəsində danışıb: “Bu əməkdaşlıq vasitəsilə biz sağlamlığı idmanın ayrılmaz hissəsinə çevirməyə çalışırıq”.
“Şamaxı” FK İdarə Heyətinin sədri Elçin Usub qeyd edib: “Komandamız üçün bu cür tibbi tərəfdaşlıq uzunmüddətli uğurların təməlidir”.
Tədbir zamanı, həmçinin “Olimp Hospital”ın İctimaiyyətlə Əlaqələr Xidmətinin rəhbəri Ruhin Cəfərov, “Şamaxı” Futbol Klubunun baş məşqçisi Ayxan Abbasov da çıxış edərək tərəfdaşlığın ictimai, kommunikativ və tibbi əhəmiyyətinə toxunublar.
Sonda simvolik hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkilib.
#OlimpHospital #ShamakhiFK #İdmandaSağlamlıq