“past.az” xəbər verir ki, son ölkə çempionu “Qarabağ” Çempionlar Liqasına ikinci təsnifat mərhələsindən başlayacaq.
“Qarabağ”ı ölkə kubokunun finalında məğlub edən “Sabah” isə Avropa Liqasında mübarizə aparacaq.
Başa çatan mövsümü ikinci pillədə yekunlaşdıran “Zirə” isə Konfran Liqasında çıxış edəcək. Mövsümü 3-cü pillədə başa vuran “Araz Naxçıvan” da eyni hüquqa yiyələnib.