Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ombudsman aparatında problemlərlə üzləşən əcnəbi futbolçu ilə görüş keçirildi
 
						Ombudsman aparatında problemlərlə üzləşən əcnəbi futbolçu ilə görüş keçirildi
Əlavə olunub: 04.30.2025 | 10:48 | Baxılıb: 3376
İrqçiliyə məruz qalması iddiası ilə FİFA və UEFA-ya şikayət edən Birinci liqada mübarizə aparan “Difai” klubunun kamerunlu hücumçusu Kristian Kamta İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatına dəvət olunub.

Bu barədə “past.az”ya aparatın mətbuat xidmətinin rəhbəri Araz Əsgərli məlumat verib. 

O bildirib ki, futbolçunun problemləri dinlənilib və araşdırmalara başlanılıb: “Futbolçunun müraciəti qeydə alınıb. Aidiyyəti tərəflərə də bununla bağlı tapşırıq verilib, rəsmi sorğular göndərilib. Futbolçuya da bundan sonra nə dəstək lazımdırsa, göstərilib və göstəriləcək”. 

Kristian Kamta özü də bu barədə açıqlama verib: “Onlar məndən izahat aldılar. Əminəm ki, bu problem qısa müddət ərzində öz müsbət həllini tapacaq”.

Qeyd edək ki, “Difai”nin kamerunlu hücumçusu Kristian Kamta UEFA və FİFA-ya şikayət məktubu göndərib.O, çıxış etdiyi I Liqada irqçiliyə məruz qaldığını bildirib. Futbolçu hakimlərin ayrıseçkilik hallarına yol verməsindən şikayətlənib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.