“past.az"in məlumatına görə, məktubda qeyd olunub ki, baş vermiş bu dəhşətli hadisə insan hüquq və azadlıqlarının, xüsusilə yaşamaq və işgəncəyə məruz qalmamaq hüquqlarının (Rusiya Konstitusiyasının 20 və 21-ci maddələri) kobud şəkildə pozulmasıdır.
Həmçinin, bu fakt Rusiyanın qoşulduğu BMT-nin “İşgəncələrə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı” Konvensiyasına ziddir.
Ombudsman məktubda Azərbaycan və Rusiya Ombudsman institutları arasında formalaşmış əməkdaşlıq münasibətlərinə və ikitərəfli müqavilənin müddəalarına əsaslanaraq, məsələnin Rusiya Ombudsmanı tərəfindən nəzarətə götürülməsini, hadisənin hərtərəfli, obyektiv və şəffaf şəkildə araşdırılmasını, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunmasını və zərərçəkən ailələrə hüquqi və psixoloji dəstək göstərilməsini xahiş edib.