Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Ona tüpürdüm, amma dəymədi”
 
						“Ona tüpürdüm, amma dəymədi”
Əlavə olunub: 05.07.2025 | 16:45 | Baxılıb: 3084
Ötən gecə Çempionlar Liqasının yarımfinalının cavab oyunu çərçivəsində “Barselona”nın futbolçusu İniqo Martinezlə “İnter”in futbolçusu Françesko Açerbi arasında münaqişə yaranıb.

“past.az” “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, İtaliya klubu 2:0 hesabı ilə öndə olarkən Açerbi rəqib oyunçu İniqoya qışqırıb. Kataloniyalıları üzvü isə cavabında təcrüəli müdafiəçiyə tüpürüb.

Oyundan sonra İniqo Martinez rəqibinin kürəyinə tüpürdüyünü təsdiqləyib: “O, hesab 2:0 olanda bayram edirdi, düz qulağıma qışqırdı. Bu mənim üçün lazımsız reaksiya idi. Tüpürdüm, amma tüpürcək onun bir metrliyindən keçdi. Əgər belə olmasaydı, hakim məni meydandan qovardı”.

Qeyd edək ki, “İnter” bu görüşdə 4:3 hesablı qələbə qazanaraq finala çıxıb. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.