Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ordubadda maşın aşdı, bir ailədən 4 nəfər ağır yaralandı - Foto
 
						Ordubadda maşın aşdı, bir ailədən 4 nəfər ağır yaralandı 
							 - Foto
Əlavə olunub: 03.20.2025 | 15:13 | Baxılıb: 1320
Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

“past.az” “Nuhçıxan”a istinadən xəbər verir ki, hadisə rayonun Dəstə kəndi ərazisində qeydə alınıb.

Belə ki, 69-BF-289 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb.

Hadisə zamanı Ordubad rayon Qoşadizə kənd sakinləri - 1989-cu il təvəlüdlü Tağıyev Tural Bəşir oğlu, həyat yoldaşı Tağıyeva Əsmər Baxışəli qızı, övladları - 2016-cı il təvəllüdlü Tağıyev Vüqar Tural oğlu və Tağıyeva Səma Tural qızı xəsarət alıblar.

Onlar Naxçıvan MR Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri ağırdır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.