Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Özbəkistan millisi DÇ-2026-da!
 
						Özbəkistan millisi DÇ-2026-da!
Əlavə olunub: 06.05.2025 | 23:19 | Baxılıb: 2793
Özbəkistan milli komandası tarixində ilk dəfə futbol üzrə dünya çempionatının final mərhələsində iştirak edəcək. 

“past.az” xəbər verir ki, özbəklər final mərhələsinin 9-cu turunda səfərdə Birləşmiş Ərəb Əmirliklərinin millisi ilə qarşılaşıb. Matç 0:0 hesabı ilə yekunlaşıb.

Bununla da sona bir tur qalmış Özbəkistan millisi DÇ-2026-ya vəsiqəni təmin edib. Özbəklərin yarışdığı A qrupunda daha əvvəl İran millisi (hazırda 9 oyundan 21 xalı var) mundiala vəsiqə qazanmışdı. İkinci vəsiqənin sahibi isə özbəklər olub (9 oyundan 18 xal). 

Bugünkü heç-heçə onların BƏƏ üzərində dörd xallıq üstünlüyünü qorumağa imkan verib.

Xatırladaq ki, dünya çempionatının final mərhələsi 2026-cı ilin 11 iyun - 19 iyul tarixlərində 48 komandanın iştirakı ilə ABŞ, Meksika və Kanadada keçiriləcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.