Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Paris selə təslim oldu - Parlamentə su sızdı + Video
 
						Paris selə təslim oldu 
							 - Parlamentə su sızdı + Video
Əlavə olunub: 06.26.2025 | 04:07 | Baxılıb: 3042
Parisdə güclü yağış və qasırğa həyatı iflic edib.

“past.az” bu barədə “Le Parisien” nəşrinə istinadən xəbər verir.

Məlumata görə, bir neçə metro stansiyası su altında qalıb və stansiyalar müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Güclü külək nəticəsində binalara və avtomobillərə ciddi ziyan dəyib.

Həmçinin Milli Assambleyanın (parlamentin aşağı palatası) Yaxın Şərqdəki vəziyyətin müzakirə olunacağı sessiyası hava şəraiti ilə əlaqədar yarımçıq qalıb. Belə ki, parlamentə su sızdığı üçün iclas dayandırılıb.

Fransa Milli Meteorologiya Xidməti kəskin hava şəraiti ilə əlaqədar İle-de-Frans bölgəsi (paytaxtın yerləşdiyi yer) üçün narıncı xəbərdarlıq elan edib. 

Görüntüləri təqdim edirik:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.