“past.az” xəbər verir ki, bunu təqsirləndirilən şəxs Arkadi Qukasyan Baş Prokurorluğun dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandırarkən deyib.
O, 2020-ci ildə Bako Sahakyanla birlikdə Arayik Harutyunyanla bunkerdə görüşdüyünü də söyləyib.
Təqsirləndirilən şəxs oktyabrın 18-20-də B.Sahakyanla birlikdə İrəvana gedərək Baş nazir Nikol Paşinyanla görüşdüyünü, ona xahişi çatdırdıqlarını deyib:
“Ondan xahiş etdik ki, əlindən gələni etsin ki, bu müharibəni dayandırsın”.