Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Paşinyanın Türkiyəyə səfəri təsdiqləndi
 
						Paşinyanın Türkiyəyə səfəri təsdiqləndi
Əlavə olunub: 06.17.2025 | 16:09 | Baxılıb: 2656
Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkənin Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri barədə yayılan məlumatları təsdiq edib. 

“past.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Simonyan bu barədə parlamentdə jurnalistlərə açıqlamasında danışıb.

Səfərin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında baş tutacağını qeyd edən spiker əlavə edib: “Düşünürəm ki, bu, tarixi səfərdir. Çünki Ermənistan lideri ilk dəfə bu səviyyədə səfər həyata keçirəcək”. 

Səfərin proqramı açıqlanmasa da, Simonyan bütün regional məsələlərin müzakirə ediləcəyini vurğulayıb. 

Xatırladaq ki, ötən həftə Ermənistanın “24News” agentliyi Paşinyanın iyunun 20-də Ankaraya səfər edəcəyini və Ərdoğanla görüşəcəyini yazmışdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.